6 C
Baku
Thursday, January 29, 2026

“Səba” səhmdarlarına dividend ödəyəcək

“Səba” ASC-nin səhmdarlarının nəzərinə! 16 mart 2026-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələnin müzakirəsi daxil edilmişdir:

1. “Səba” ASC-nin 2025-ci il üçün illik (maliyyə) hesabatları haqqında;

2. “Səba” ASC-nin mülkiyyətində olan və uçotdan kənarda qalmış Ağsu rayonu, Ləngəbiz kəndində yerləşən 1,5733 ha torpaq sahəsinin alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi haqqında;

3. “Səba” ASC-nin Direktorlar Şurasının fəaliyyəti və onun tərəfindən qəbul edilmiş qərarlar haqqında;

4. “Səba” ASC tərəfindən dividendlərin elan edilməsi haqqında.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi Yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və Ümumi Yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında tanış olmaq hüququna malikdirlər.

Ümumi Yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər