22 C
Baku
Friday, April 19, 2024

“Səba Şirkətlər Qrupu” maliyyə və anbar üzrə işçi axtarır – Əmək haqqı: 1000 – 1500 AZN

VAKANSİYA 1 – Maliyyə Analitiki

Əmək haqqı 1000 – 1500 manat

Namizədə tələblər:

İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
Ümumi IFRS-i biliyi;
Maliyyə və ya mühasibatlıq sahəsində minimum  5 il iş təcrübəsi;
Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
Problemlərin həll etmə bacarığı;
MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Maliyyə hesabatların təhlili, Şirkətin maliyyə hesabatlarının qiymətləndirilməsi bacarıqları;
Analitik və strateji baxış bacarıqları;
Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqda ekspert bilikləri;
Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətinin təhlilin (“due diligence”) aparılması bacarığı;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
1C Proqramında işləyə bilmək bacarığı.

İş barədə məlumat:

Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
Maliyyə əməliyyatlarının monitorinqində iştirak etmək;
Bizneslərin və şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi.
Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında meneclrərə yaxından kömək etmək.
Maliyyə vəsaitlərinin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili.
Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına  əsasən digər işlərin icrası .
Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
İnvestisiya əməliyyatlarının monitorinqində iştirak etmək;


VAKANSİYA 2 – Anbardar (hazır məhsul anbarında)

Əmək haqqı 1000 AZN

İşin təsviri

– Hazır məhsul anbarında anbara daxil olan malların qeydiyyatının aparılması, anbardan çıxan malların qeydiyyatının aparılması;
– Hazır məhsul anbarında bu xidmətlərin təşkili ilə əlaqədar çalışan digər şəxslərin fəaliyyətinə nəzarət edilməsi, anbarda çalışan şəxslər arasında sağlam fəaliyyət mühiti və nizam-intizam yaratmaq və xidmətlərin səmərəli icrasına dair lazımi köməkliyin göstərilməsi;
– Hazır məhsul anbarında saxlanılan mal qalıqların yoxlanılmasında iştirak etmək və hesabat vermək;
– Hazır məhsul anbarında bütün texniki nasazlıqların aradan qaldırılmasını təmin etmək.
– Anbarda məhsulların yığılmasında effektli və praktik innovasiyaları tətbiq etmək;
– Anbar ərazisinin təmiz, gigiyenik və səlqəli saxlanmasını təmin etmək;
– Məhsulların onların xarakterlərinə uyğun olaraq saxlama rejimlərində olmalarını və anbarda temperatur rejimlərinin təmin etmək.

Namizədə tələblər

– Ali təhsil
– Kompyuterdə işləmə bacarığı, Mühasibatlıq və Anbar idarəetməsində təcrübəsi olan, anbarda mal giriş-çıxış sistemini, Microsoft Excel proqramını yaxşı bilən.
– Anbar sahəsində ən az 5 il, Qida anbarı sahəsində ən az 3 il iş təcrübəsi olan.
– Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan.
– Yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
– İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək.
– Seçimə görə Keyfiyyət zəmanəti və Əməyin təhlükəsizliyi sahəsində təcrübəsi olan.
– Məsuliyyətli, dürüst və dəqiq.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq,  zəhmət olmazsa, [email protected]  elektron ünvanına göndəriz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər