10 C
Baku
Thursday, December 12, 2024

“Səba” zərərdən mənfəətə keçdi

“Səba”nın 2022-ci ildə mənfəət vergisindən əvvəl mənfəəti 14 milyon 433 min manat olub. Halbuki, 2021-ci ili şirkət zərərlə başa vurmuşdur.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Səba”nın gəlirləri 91 milyon 195 min manat (əvvəlki ilə nisbətən 26% çox) təşkil edib.

Hesabat dövründə “Səba”nın cəmi aktivləri 70 milyon 469 min manatdan 72 milyon 261 min manata çatıb, cəmi öhdəlikləri 52 milyon 799 min manatdan 40 milyon 454 min manata düşüb, cəmi kapitalı isə 17 milyon 669 min manatdan 31 milyon 807 min manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər