31 C
Baku
Wednesday, July 30, 2025

“Səba”nın törəmə şirkətinin kapitalından 6.4 milyon manat geri götürülür

“Qarabağ Taxıl” MMC-nin nizamnamə kapitalının 6.371.963 manat azaldılaraq 8.972.387 müəyyən edildiyi elan edilir.

Banker.az xəbər verir ki, cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir.

Xatırladaq ki, “Qarabağ Taxıl” MMC “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətdir və qanuni təmsilçisi Vüqar Baloğlanovdur.

Son xəbərlər
Digər xəbərlər