11 dekabr 2023-cü il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 nömrəli ünvanda “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi haqqında.
2. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təsərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi.
3. “Səba” ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilmə barədə.
Ümumi yığıncağa gələn səhmdarlar və onların nümayəndələri şəxsiyyətlərini təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Ünvan – AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1-dir