“Sədərək”də yanğın

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yenidən yanğın baş verib.

Bu barədə hadisənin şahidləri məlumat verib. Xəbərə görə, mərkəzin işıqlarını qoşan kimi yanğın başlayıb. Hadisə ticarət mərkəzinin 6-ci korpusunda baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər çağırılıb və yanğının genişlənməsinin qarşısı alınıb. Nəticədə 2 dükanın yandığı bildirilir.

xezerxeber

Son xəbərlər
Digər xəbərlər