“ATƏT əvvəllər də olduğu kimi Cənubi Qafqazda sülh, etimadın möhkəmləndirilməsi və dialoq üzrə təşəbbüsləri dəstəkləməyə hazırdır”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.
O, Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə informativ diskussiya apardığını bildirib.
Z.Rau ATƏT-in daxili və xarici təhdidlər nöqteyi-nəzərindən Gürcüstana sarsılmaz dəstəyini təsdiqləyib.