Təəssüf ki, bir sıra açıq məsələlərimiz hələ də qalmaqdadır. Onların sırasında vizaların alınması, nəqliyyat sektorunda qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsi və bir çox istiqamətə aviabiletlərin baha olması bu qəbildəndir.
Bunu Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.
O bildirib ki, gələcəkdə bu məsələlərin həllində də müsbət irəliləyişlərin şahidi olacağıq:
“Assosiasiya olaraq çalışacağıq ki, qarşıdakı illərdə yeni istiqamətlərə reyslərin açılmasına, hotel və hava yolları ilə əməkdaşlığın artırılmasına və beynəlxalq şirkətlərlə işbirliyinin gücləndirilməsinə nail olaq”.