12 C
Baku
Wednesday, December 11, 2024

Sədr: “Azərbaycanda bankların xərclərinin yüksək olması kredit faizlərinə təsir edir”

“Azərbaycanda bankların xərcləri kifayət qədər yüksəkdir, bu da kreditlərin faizinə təsir edir”.

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

O bildirib ki, xərclər dedikdə, depozitlər üzrə faiz dərəcələrini də nəzərdə tutur. Belə ki, 1 illik manat əmanətləri üzrə faizlər 10-11% arasındadır.

“Adətən, sahibkarlar Azərbaycanda kredit faizlərini Avropadakı ilə müqayisə edirlər və 2-3 il əvvəl başlanğıc nöqtəsinin 2% civarında olduğunu bildirirlər. Amma son vaxtlar hətta Avropada faiz dərəcələri əhəmiyyətli dərəcədə artıb. Hazırda Avropa Mərkəzi Bankının uçot dərəcəsi 5%-ə yaxındır, FED-in uçot dərəcəsi isə 5%-dən yüksəkdir. Hazırda dünyada endirim dərəcələri də yüksəkdir. Məsələn, Azərbaycanda istehlak kreditləri 11-22% arasında təklif olunur. Yəni bir müştəri 11 faizlə, digəri 22 faizlə kredit ala bilər. Bəs bu fərq nədən qaynaqlanır? Bu fərq adətən müştərinin risk profilindən asılıdır. Yüksək riskli müştəriyə yüksək faizlə kredit təklif olunur və əksinə. Hər kəsə standart bir kredit dərəcəsi təklif etsəniz, bu, aşağı riskli müştərinin yüksək riskli müştərinin risklərini kompensasiya edəcəyi anlamına gələcək. Beləliklə, əgər kredit faizi aşağı olarsa, deyək ki, 11% olacaq, və eyni zamanda depozitlər 10% civarında cari faiz dərəcələrində qalsa, xərclər gəlirdən çox olacağı üçün bank işinin bütün məntiqi pozulacaq”- Davit Tsiklauri əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər