Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin payı artmaqda davam edir. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
“2019-cu ilin yanvar-avqust aylarının yekunları üzrə kart əməliyyatlarında nağdsız ödənişlərin həcmi 2 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur. Ümumi kart dövriyyəsində nağdsız ödənişlərin payı 20,4% təşkil edib, bu isə ötən ilin müvafiq dövrünə olan göstəricidən 4,2 faiz bəndi çoxdur”, – deyə o, bu gün Bakıda mikromaliyyələşmənin inkişafına həsr olunmuş VI İnvestorlar Yarmarkasında bildirib.
ABA sədri qeyd edib ki, avqustun sonuna ölkədə 7,2 mln. plastik kart olub.
Eyni zamanda, 2018-2020-ci illərdə nağdsız ödənişlərin həcminin ildə 17 mlrd. manat (cari məzənnə ilə $10 mlrd.) artacağı proqnozlaşdırılır.
İnterfaks Azərbaycan