15 C
Baku
Friday, May 3, 2024

Sədr Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacağı vaxtı açıqladı

Müvafiq qanunvericilik bazası tam formalaşandan sonra hüquqi baza yaradılacaq və Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq.

Bunu qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla Bakıda keçirilən görüşdə Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzlinin sözlərinə görə, hazırda Agentliyin maddi-texniki bazası formalaşdırılır: “Qida təhlükəsizliyi ilə bağlı ayrıca qanun olmadığı üçün baytarlıq, sanitariya və başqa bu tipli qanunlara uyğumlaşdırmalar aparılacaq. Bir neçə aya hüquqi baza yaranandan sonra Agentlik tam işə başlayacaq”.

Q.Təhməzli deyib ki, qurumun əsas iş prinsipləri Agentlik və Avropa İttifaqının ekspertləri tərəfindən işlənib.

© Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər