16 C
Baku
Monday, May 6, 2024

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Banker.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, son dövrlərdə DGK-nin bir neçə vəzifəli şəxsinin saxlanması ilə bağlı rəsmi açıqlamalar verilmişdi.

Səfər Məmməd oğlu Mehdiyev 1973-cü il martın 17-də Babək rayonu Nehrəm kəndində  anadan olmuşdur.

Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur.

1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.

2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.

30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər