Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Xidmətin əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb. Yeni baş idarədə müavinlər postu yaradılıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.