9 C
Baku
Wednesday, January 22, 2025

Səfərbərlik Xidmətinin Şuşa şəhər Şöbəsinin həbs edilən sabiq rəisinin məhkəməsi başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəməsi başlayır.

İş Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-nə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər