“Vahid Rusiya” partiyası Rusiyanın Cinayət Məcəlləsinə dəyişiklik etmək üçün qanun layihəsi hazırlayır.
Sənədə görə, səfərbərlikdən yayınan şəxslər 500 000 rubla qədər cərimə və ya 5 ilə qədər həbs cəzası ala bilərlər.
Bu barədə Dövlət Dumasının iki mənbəsi bəyan edib və bildirilib ki, söhbət bugünkü qismən səfərbərlikdən getmir.
“Bizim ölkədə 1941-ci ildən bu yana səfərbərlik olmayıb, ona görə də qanun sadəcə olaraq bunun üzərində hazırlanmayıb. İndi isə məlum oldu ki, Cinayət Məcəlləsinin 328-ci maddəsi yalnız ilk dəfə hərbi xidmətə çağırılanlara şamil olunur – bu, prinsipcə yanlışdır. Biz sadəcə olaraq qanunvericilikdəki boşluğu aradan qaldırırıq”, – Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini, qanun layihəsinin müəlliflərindən biri Ernest Valeyev bildirib.