Milli Məclis aparatının sabiq rəhbəri Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasına üzv seçilib.
Məhkəmə-Hüquq Şurasının yeni formalaşdırılan üzvlərinin siyahısında Səfa Mirzəyevin də adı var.
Qeyd edək ki, Səfa Mirzəyev ötən il yaş həddi ilə əlaqədar Milli Məclisin aparat rəhbəri vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi.