Vergilər naziri cənab Mikayıl Cabbarova və Əmək və Əhalilin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova Şəffaf Cəmiyyət naminə Açıq məktub
İlk əvvəl qeyd edim ki, 2 il Hazırlıq kurslarının fəaliyyəti istiqamətində MMC təsis edib direktoru olan şəxs və 5 ildən çox müxtəlif şirkətlərdə mühasib kimi təcrübəmə əsaslanaraq bu müraciətimi qələmə almışam.
Cənablar, xidmət sahəsində fəaliyyət göstərən bir MMC-nin tam şəffaf gəlir və xərclərini sizin nəzərinizə çatdırmaq istərdim. Siz özünüz bu gəlir və xərclərə nəzər yetirərək vergi ödəyicilərinin hansı vergi, sosial və digər qanuni ödənişlər ödəyərək ağır şərtlərlə işlədiyini və niyə demək olar ki, 99% vergi ödəyicilərinin işçilərinin sayını az göstərdiyini və gəlirlərini gizlətdiyini mənim nümunəmdə görə bilərsiniz. Buna qarşı sistemli bir tədbirlər görməyinizi xahiş edirəm.
Əgər vergi və digər rüsumlar mövcud bazara uyğun işlənib hazırlanarsa, sizə əminliklə deyirəm ki, vergi, sosial və digər qanuni ödmələrdən bu qədər yayınma halları olmayacaq.
Gəlin şərti olaraq sadələşdirilmiş gəlir vergisi ödəyicisi olan xidmət sahəsində ən azı 3 il fəaliyyət göstərən “X” MMC-nin real gəlir və xərclərinə nəzər yetirək.
Nəzərə alsaq ki, fəaliyyət hər hansı bir Biznes Mərkəzində olduğu üçün xadimə xərcləri tələb olunmur.
MMC Hazırlıq kurslarının fəaliyyəti ilə məşğuldur.
İlkin əmlakın (ofis avadanlıqlarınn) dəyəri 15,000 AZN
Stabil olaraq orta hesabla bu MMC-nin aylıq 120 tələbəsi olur.
Orta hesabla hər bir tələbədən 50 AZN olarsa, ayda 6,000 AZN gəlir olur.
MMC-nin 4-ü daimi heyət və 8-i xidmət müqaviləsi olmaqla 12 nəfərdən ibarət işçi heyəti var. Maaşlar xalis əmək haqqı ilə
- Direktor – 807.97 AZN (Ümumi maaş (950AZN-173*14%)-108.78 AZN 14% gəlir vergisi-28.50AZN 3% Sığortaolunanın hesabına DSMF ödənişi-4.75AZN Sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
Bundan əlavə, direktora 209 AZN 22% (950AZN*22%) Sığortaeedənin hesabına DSMF ödənişi, 4.75 AZN 0.5% (950AZN*0.5%) Sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
- Mühasib – 453.22 AZN (Ümumi maaş (520AZN-173*14%)-48.58 AZN 14% gəlir vergisi-15.60AZN 3% Sığortaolunanın hesabına DSMF ödənişi-2.60AZN Sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
Bundan əlavə, mühasibə 114.40 AZN 22% (520AZN*22%) Sığortaeedənin hesabın DSMF ödənişi, 2.60 AZN 0.5% (520AZN*0.5%) Sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
- Ofis inzibatçısı – 358.34 AZN (Ümumi maaş (405AZN-173*14%)-32.48 AZN 14% gəlir vergisi-12.15AZN 3% Sığortaolunanın hesabına DSMF ödənişi-2.03AZN Sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
Bundan əlavə, ofis inzibatçısına 89.10 AZN 22% (405AZN*22%) Sığortaeedənin hesabın DSMF ödənişi, 2.03 AZN 0.5% (405AZN*0.5%) Sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
- Marketinq mütəxəssisi – 400 AZN + 200 bonus =609.97AZN (Ümumi maaş (710AZN-173*14%)-75.18 AZN 14% gəlir vergisi-21.30AZN 3% Sığortaolunanın hesabına DSMF ödənişi-3.55AZN Sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)
Bundan əlavə, ofis inzibatçısına 156.20 AZN 22% (710AZN*22%) Sığortaeedənin hesabın DSMF ödənişi, 3.55 AZN 0.5% (710AZN*0.5%) Sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.
Müəllimlər Xidmət üqaviləsi ilə işə götürüldüyündən ümumi gəlirlərin 50 %-i onlara ödənilir.
- İngilis dili müəllimi – 25 tələbə (Gəlir-1250 AZN)
- İngilis dili müəllimi – 15 tələbə (Gəlir-750 AZN)
- İngilis dili müəllimi- 15 tələbə (Gəlir-750 AZN)
- Rus dili müəllimi – 18 tələbə (Gəlir-900 AZN)
- Rus dili müəlimi – 12 tələbə (Gəlir-600 AZN)
- Rus dili müəllimi – 10 tələbə (Gəlir-500 AZN)
- Kompüter müəllimi – 15 tələbə (Gəlir-750 AZN)
- Kompüter müəllimi – 10 tələbə (Gəlir-500 AZN)
Ümumi Aylıq Gəlirlər = 6,000AZN
Ümumi Aylıq Xərclər = 7,611.63 AZN
Aylıq zərər = -1,611.63 AZN
Aylıq xərclər (siyahı ilə)
Müəllimlərə xidmət haqqı -3,000 AZN
İcarə haqqı – 1200 AZN
İcarəyə görə 14% ÖMV – 168 AZN
Bu gəlirdən də 4% gəlir vergisi – 240 AZN
İşçilərə görə illik İcbari tibbi sığorta xərci təxmini və bərabər aylara bölməklə – 10AZN
Xalis əmək haqqı – 2,229.50 AZN
Sığortaedənin hesabına 22% DSMF ödənişi – 568.70 AZN
Sığortaedənin hesabına 0.5% İşsizlikdən sığorta haqqı ödənişi – 12.93 AZN
İllik Əmlak vergisi bərabər şəkildə aylara bölünməklə təxmini – 12.50 AZN
Ofis ləvəzimatları xərcləri – 70 AZN
Digər xərclər – 100 AZN
Tam şəffaf fəaliyyət göstərən xırda bir MMC-nin aylıq 1,611.63 AZN zərərlə işlədiyini görəcəksiniz.
Bu zərəri qarşılamaq və həmçinin gəlir əldə etmək üçün MMC məcbur olur ki, bütün işçilərin maaşlarını olduğundan 4 dəfə aşağı, icarə haqqını 3 dəfə aşağı, tələbələrin sayını 3 dəfə aşağı və digər bütün qanuni ödənişləri dəfələrlə aşağı göstərsin.
Ümid edirəm, məktubum bir çox dairələrdə müzakirə olunaraq nəzərə alınacaq.
Qeyd: Bütün ödənişlər 1 yanvar 2018-ci il mövcud qanunvericiliyə əsasən hazırlanmışdır.
Müəliif: Elşən Orucov Zöhrab oğlu