23 C
Baku
Friday, April 19, 2024

Şəffaflığa bir addım daha yaxın olduq. Katirovka və Tender qaydalarında ciddi dəyişiklik

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tender komissiyası tenderin nəticələri haqqında yekun protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş elektron imza vasitəsilə imzalayırlar və protokol portal vasitəsilə operatora göndərilir.

Açıqlama: A şirkət tenderin nəticələri haqqında protokolu əvvəllər əllə yazaraq komissiya üzvlərinə imzalatdırırdısa yeni dəyişikliyə əsasən artıq hər bir üzvün özünə məxsus elektron imzası olmalıdır ki, bu protokolu imzalasın. Əks təqdirdə protokol qeydə alınmayacaq. İmzalanmış onlayn qaydada dövlət satınalmalarının vahid internet portalı üzərindən göndərəcək.

Satınalan təşkilat tender təklifini aksept etdikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dərhal portal vasitəsilə avtomatik qaydada bildiriş göndərilir.

Açıqlama: A təşkilatı tender iştirak edən B təşkilatın təklifini aldıqda dərhal ona portal vasitəsi ilə bildiriş göndərilir.

Satınalan təşkilat 3 (üç) bank günü müddətində satınalma müqaviləsini hazırlayır, portalda yerləşdirir və gücləndirilmiş elektron imza vasitəsilə imzalayır.

Açıqlama: A təşkilat 3 bank günü müddətində satınalma müqaviləsini hazırlayır və elektron imza ilə imzalayıb portalda yerləşdirir.

Malgöndərən (podratçı) 5 (beş) bank günü müddətində həmin müqaviləni gücləndirilmiş elektron imza vasitəsilə imzalayır.

Açıqlama: B təşkilatı 5 bank günü müddətində həmin müqaviləni yəni A təşkilat tərəfindən portalda yerləşdirilmiş müqaviləni elektron imza ilə imzalayır.

Satınalma müqaviləsi və tenderin nəticələrinə dair tender komissiyasının yekun protokolu portalda yerləşdirilir.

Açıqlama: A təşkilat tərtib etdiyi yekun protokolu kommisiya üzvləri ilə elektron imza vasitəsilə imzalayır və portala yerləşdirilir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-2.1.16-cı maddəsində nəzərdə tutulmuş hesab-fakturaları malgöndərən (podratçı) satınalan təşkilata portal vasitəsilə təqdim edir.

Satınalan təşkilat ödənişlə bağlı təsdiq bildirişini malgöndərənə (podratçıya) təqdim edir.

Fərmanın linki

Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər