Bankomat istifadəçilərindən yəqin ki, çox az bir hissəsi bankmotın səhvən ona külli miqdarda pul verməyini istəməyib. Bu yaxınlarda aşkar olan bir fakt sübut edir ki, bu kifayət qədər real bir hadisədir.
Cümə axşamı səhər vaxtları Men ştatı, Saut-Portlend şəhərindən bir qadın polisə zəng vuraraq bildirir ki, bir kişi artıq uzun zamandır ki, bankomatın qarşısında dayanıb və ona bankomatdan istifadə etməyə imkan vermir.
Şəhərin polis departamentinin leytenantı Todd Bernard bildirir: “Gecə yarısı biz bankın şöbəsinə gəldik və giriş hissədə bir səfil insan yatırdı. Biz onu ordan apardıq. Belə məlum olur ki, o sonradan yenidən bankomata qayıdıb. Hadisə haqqında bizə bir qadın məlumat verdi. Qadın səhər 5:30-da zəng vurub bildirir ki, şübhəli bir kişi ona bankomatdan istifadə etməyə imkan vermir. Bu qadına şübhəli gəlir və polis çağırmaq qərarına gəlir. Biz banka ikinci dəfə gəldikdə yenə həmin səfili orada gördük”.
Gözətçilər onun çantasını yoxladıqda çantanın dollarla dolu olduğunu aşkar edirlər. Polislər belə bildirirlər ki, onlar gələnə qədər plastik paketdə 37 000 dollar olub.
Səfil insan polislərə belə bildirmişdir ki, o sadəcə kartında qalan son 100 dolları çıxarmaq istəyib. Lakin pulu çıxardıqdan sonra bəxtini sınayaraq 700 dollar da çıxarmaq əmrini verib. Bu zaman isə bankomat “onun əmrinə tabe olur” və tələb etdiyi məbləği çıxarır.
Polis gələnə qədər səfil şəxs bunu 53 dəfə təkrar edib 37 000 dollar çıxara bilib. Hazırda bank əməkdaşları bankomatı istismardan çıxarmış və hadisənin hansı səbəbdən baş verdiyini araşdırmağa çalışmışlar.