24 C
Baku
Monday, June 16, 2025

Səfir: “Çin Azərbaycanın həcminə görə dördüncü ticarət tərəfdaşıdır”

“Çin Azərbaycanın həcminə görə dördüncü ticarət tərəfdaşıdır”.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq daha da genişlənir və yüksələn xətlə inkişaf edir:

“Azərbaycanın iki ölkənin əməkdaşlığına dair açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 1.4 milyard dollar olub. Bu, 37 faiz artım deməkdir. Bu mənada Çin ölkənizin dördüncü ticarət tərəfdaşıdır. İxraca görə isə bu mövqe ikinci yerdə qərarlaşıb. Hazırda tərəflər yüksək səviyyəli əməkdaşlığın daha da dərinləşməsini müzakirə edirlər. Bu, əsasən yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələri özündə ehtiva edir”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər