8 C
Baku
Thursday, December 12, 2024

Səfir Kılıçdan Baydenə “Dağlıq Qarabağ” reaksiyası

Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç, Joe Biden’in Dağlıq Qarabağla əlaqədar sosial mediada paylaşımına reaksiya göstərərək, “Qurban və cinayətkarlara bərabər rəftardan imtina etməyiniz ədalətli olardı” deyib.

Banker.az xəbər verir ki, bunu Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç, ABŞ-ın  keçmiş prezident köməkçisi və demokratik prezidentliyə namizəd Joe Biden, “Türkiyə mübahisənin xaricində dursun” dediyi sözlərə reaksiyası zamanı deyib.

Kılıç etdiyi açıqlamada, “Hörmətli vitse-prezident, Tramp administrasiyasını qurban və təcavüzkarla bərabər rəftardan imtina etməyiniz və bu səbəblə  Azərbaycan ərazilərini qanunsuz olaraq işğal etmiş Ermənistandan, Birləşmiş Millətlər Təşkilatının müvafiq qərarlarına uyğun olaraq işğal olunmuş ərazilərdən geri çəkilməsini istəməyə çağırmaq ədalətli olardı” ifadələrindən istifadə edib.

ABŞ prezidentliyinə namizəd Biden, “Tramp rəhbərliyi Azərbaycanı gərginliyi dərhal azaltması üçün Azərbaycan və Ermənistan dövlətlərinə zəng etməli, həmçinin Türkiyə kimi digər ölkələri də mübahisələrin xaricində  durmağı tələb etməli açıqlamasını vermişdir.

 

Son xəbərlər
Digər xəbərlər