Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə mallar deyil, həm də enerji resursları və texnologiyalar tədarük edilə bilər.
Bunu Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim Orta Dəhlizin imkanlarının artırılmasına həsr olunmuş VIII illik Transxəzər Forumunda deyib.
“Bütün maraqlı tərəfdaşlarla Orta Dəhliz marşrutu üzrə işləyə biləcəyimizə, eyni zamanda ABŞ-in bu regionun ən mühüm və sadiq dostlarından biri olaraq qalacağına ümid edirik”, – o bildirib.