9 C
Baku
Thursday, December 12, 2024

Səfir Polad Bülbüloğlunun istefası istənildi – Belə insanlar siyasətdə qala bilməzlər!

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”.

Banker.az Report agentliyinə istinadən bildirir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər:

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır” deyə deputat Vahid Əhmədov deyib.

Qeyd edək ki, bu iradı Prezidentin köməkçisi Hikmət Hacıyev də ona bu gün tutmu,“özbaşına açıqlamaların verilməsindən” çəkinməli olduqlarını xatırlatmışdı.

“Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”– deyə H.Hacıyev xatırladıb.

Son xəbərlər
Digər xəbərlər