Ruanda Azərbaycana qəhvə və çay kimi unikal, dadlı, dünyaşöhrətli məhsullar ixrac edə bilər.
Bunu iqamətgahı Ankarada olan Ruandanın Azərbaycan üzrə səfiri Çarlz Kayonqun deyib.
“Avokado, manqo və hətta çiçəklər kimi tropik kənd təsərrüfatı məhsullarımız da var. Digər sahələr üzrə biz Azərbaycana nadir torpaq minerallarını ixrac edə bilərik”, – səfir qeyd edib.
O əlavə edib ki, Ruanda isə Azərbaycandan neft məhsulları və kimyəvi maddələr idxal edə bilər.