1 C
Baku
Saturday, December 14, 2024

Səfir: “Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”

“Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir. Dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir:

“Zəngəzur dəhlizi Türkiyənin şərqlə qərb arasındakı əlaqəsini təmin edəcək. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”.

Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi Ermənistanın inkişafı, gələcəyi üçün əhəmiyyətlidir:

“Ermənistan son 30 ildə bir çox layihədən məhrum oldu. Bu layihələr Ermənistan yox, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə çatdı. Ermənistan bu layihədən də kənarda qalsa, həyata keçirə biləcək başqa proyekti qalmayacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər