Səfirlik Azərbaycana gələn Türkiyə vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkə vətəndaşlarına müraciət edib.

Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, Azərbaycana gələn Türkiyə vətəndaşlarının COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv edilib.

Qeyd olunub ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı bu gündən, aprelin 15-dən etibarən qüvvəyə minib.

Son xəbərlər
Digər xəbərlər