9 C
Baku
Monday, November 18, 2024

Səfirliyin maliyyə məsələləri üzrə sabiq attaşesi mənimsəmədə ittiham olunur

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov cinayət məsuliyyətinə cəlb olunub.

Nəcib Osmanov 2021-2022-ci illərdə attaşe işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış 347 min manat vəsaiti mənimsəməkdə ittiham olunur.

Sabiq attaşe barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılıb.

Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

İş üzrə Xarici İşlər Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Baxış iclası fevralın 24-ə təyin olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər