19 C
Baku
Saturday, June 7, 2025

Şəhərətrafı ərazilərə qatarla sərnişin daşınmasından $5.04 mln. gəlir əldə edilib

2024-cü ildə dəmiryolları ilə Bakıətrafı ərazilərə sərnişin daşımalarından gəlirin həcmi 17 faiz artıb.

Banker.az xəbər verir ki, şəhərətrafı ərazilərə sərnişin daşınmasından yerli operator 5 milyon 37.9 min manatlıq gəlir əldə edilib. Bu da 2023-cü ildə qeydə alınmış 4 milyon 305.1 min manatdan 17 faiz üstələyir.

Dövlət Statistika Komitəsi açıqlamışdı ki, 2024-cü ildə şəhərətrafı ərazilərə ümumildə 8 milyon 124.3 min sərnişin daşınıb. Bu da öncəki ildəki 6 milyon 869 min manatdan 18.3 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər