17 C
Baku
Tuesday, October 28, 2025

Şəhər ətrafından salınacaq yeni yol tıxac yükünü azaldacaq?

Şəhər ətrafından daha bir alternativ yol salınır.

Söhbət Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisindən gedir.

Hazırda yolun tikintisi altına düşən obyektlərin bir hissəsində söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və digər vacib tədbirlər həyata keçirilir.

Layihənin vaxtında  tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub. Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan şimal və qərb bölgələri ilə birbaşa əlaqəsini təmin edəcək.  Sürücülər görülən işləri yüksək qiymətləndirsələr də, lakin bəzi iradları var.

Yeni yolun istifadəyə verilməsinin paytaxtın nəqliyyat yükünü azaldacağı bildirilir.

Son xəbərlər
Digər xəbərlər