14 C
Baku
Wednesday, April 17, 2024

Səhər yuxudan durmaqda çətinlik çəkənlərə

Gərgin iş mühiti hər birimizin şəxsi həyatına təsir etdiyi kimi, yuxu sistemimizə də təsirsiz ötüşmür. Səhərlər yuxudan oyanaraq işə vaxtında gəlib çatmaq sizin də başlıca probleminizdirsə bu məqalə sizə faydalı olacaq.

  • Nahar fasiləsi zamanı gəzintiyə çıxın. Ümumiyyətlə açıq havada mümkün qədər çox zaman keçirməyə çalışın. Bununla sağlam yuxu və rahat oyanmaq şanslarınızı artırmış olursunuz.
  • Səhərlər qaçmaq, axşam isə fitneslə məşğul olmağı unutmayın. Yaza qədər erkən oyanmaları təxirə salın, indi isə idmanla axşamlar məşğul olun. Bəzi araşdırmalara görə axşam idmanları hətta daha çox effektivdir.
  • 20:00-dan sonra televizora baxmamağa çalışın. Elektron kanalların mavi rəngi melatonin-in – yuxunun və sutka ritminin əsas tənzimləyicisinə mənfi təsir edir.
  • Yatmaq istəyirsinizsə yatın. Hətta fikrinizcə hələ çox tez olsa da. Unutmayın ki, yuxuda keçirdiyiniz əlavə saatlar növbəti iş gününü gümrah keçirməyinizə kömək edəcək.
  • Yatarkən pəncərəni açıq qoymağa çalışın və daha yaxşı yatdığınızı müşahidə etmiş olacaqsınız.

  • Zəngli saatınızı çarpayıdan mümkün qədər uzaq məsafəyə qoyun.

  • Böyük məqsədlər təyin edin. Əgər səhərlər erkən qalxmaq üçün real səbəbiniz varsa və daha çox şey yerinə yetirməlisinizsə oyanmağınız daha asan olacaq.

  • Səhərlər işığı mümkün qədər tez yandırmağa çalışın. İşıq melatoninin yaranmasını ləngidəcək.

  • Səhər yeməyindən öncə bir stəkan su için. Bu çox sadə, lakin effektiv üsuldur. Bu nəinki sizi oyadacaq, həmçinin həzm sistemini qida qəbuluna hazırlayır.
Son xəbərlər
Digər xəbərlər