9 C
Baku
Friday, December 13, 2024

Səhəri necə başlamaq lazımdır?

Səhərinizi necə başlayırsınız? İşə gəlməmişdən öncə nə qədər faydalı iş icra edə bilirsiniz? Həyatda bir çox şeyə nail olmuş insanlar səhər çox tez oyanırlar və bu səbəbdən də karyera və biznesdə irəli gedə bilirlər. Şəxsi və iş həyatınızı yaxşılaşdırmaq üçün səhər məhz nələri etmək lazımdır?

İdman:

Səhərlər qısa müddətli belə olsa idman hərəkətləri etmək sizi bütün günə bəs edəcək enerji ilə təmin edəcək. İstənilən şəxs 200  dəfə “press” etdikdən sonra gərgin işə dözəcək potensiala sahib olur. Əgər yuxudan səhər 5 radələrində qalxaraq qaçışla məşğul olmaq üçün o qədər də cəsarətli deyilsinizsə, heç deyilsə 15 dəqiqə tez qalxaraq bəsit idman hərəkətləri edin. Bu oyanmağa və iş gününə hazırlaşmağa kömək edəcək.

Günün planlaşdırılması:

Bütün imkanlarınızdan maksimum şəkildə istifadə edərək məqsəd və gündəlik işlərinizi planlaşdırın. Bu planlaşdırma üçün səhər ən ideal vaxtdır. Gün üçün düzgün şəkildə təşkil edilmiş qrafik tapşırıqları düzgün şəkildə yerinə yetirməyə imkan verəcək. Bu iş planında özünün üçün 15 dəqiqəlik fasilələri də təyin etməyi unutmayın.

Sağlam səhər yeməyi:

Səhər yeməyini bəsit qida qəbulu kimi qəbul etməyin. Unutmayın ki, səhərlər lazımi enerji üçün məhz sağlam qidaya ehtiyacınız var. Səhər yeməyi sizin fiziki sağlamlığınız üçün faydalı olmaqla yanaşı, sizin ailə ilə ünsiyyətinizi də qaydasına salır. Səhər yeməyi zamanı yoldaşınız və uşaqlarınız ilə 5 dəqiqəlik söhbət belə bütün iş günündə xoş əhval-ruhiyyəyə sahib olmağınıza səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər