14 C
Baku
Saturday, April 27, 2024

“Şəhid ailələrinə, cəbhəboyu sakinlərə güzəştlər edilməlidir” -Deputat

“Şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan sakinlərə güzəştlər edilməlidir”. Bu təkliflə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu  barədə mənbəyə deyib ki, onların kredit borclarının silinməsi məsələsinə baxmaq mütləqdir.

“Bu barədə danışıqlar gedir. Bir neçə bank artıq bu addımı atıb. Bundan başqa, Ağdərə və Ağdamda bir çox evlər dağıdılıb, əhali zərər görüb. Azərbaycan şirkətləri, dövlət qurumları onlara xüsusi diqqət göstərməlidir”.

Deputat bildirib ki, hazırda Azərbaycan əhalisinin döyüş əzmi yüksəkdir:

“Hamının ürəyi ordudadır, hamı vuruşmaq, torpaqlarımızı azad etmək istəyir. Bu baxımdan istər dövlət, istər xalq olaraq hər bir köməyi etməyə hazırıq. Lazım olan hər şey Azərbaycanın Ali Baş Komandanı tərəfindən həyata keçirilir. Buna baxmayaraq ayrı-ayrı şirkətlər, dövlət qurumları əllərindən gələni əsirgəməməlidir.

V.Əhmədov nazirlərin cəbhədə olmasını müsbət qiymətləndirib:

“Bu məqamda nazirlərin cəbhə bölgəsində olması təqdirəlayiqdir. Onlar cəbhədə olur, həmçinin yaralılarla görüşürlər.

Bu Azərbaycanın bütövlüyü üçün çoxdan gözlədiyimiz məqamdır ki, torpaqlarımızı azad edək. Bəzi dövlətlər, o cümlədən xarici beynəlxalq təşkilatlar atəşkəsi bərpa etməyə və döyüşləri saxlamağa çalışırlar. Mən hesab edirəm ki, döyüşləri davam etdirmək, torpaqlarımızı azad etmək lazımdır. Bunun üçün Azərbaycan ordusunun kifayət qədər imkanları var. İstər orduda, istərsə də əhalidə böyük ruh yüksəkliyi var”.

-Modern.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər