11 C
Baku
Wednesday, November 13, 2024

Şəhid ailələrinin kredit borcu silinəcək – Müzakirələr başladı

19 aprel 2019-ci il tarixində AFB Bankın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

 ABA-ya istinadən xəbər verilir ki, iclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

İclasda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixində imzaladığı Fərmanından irəli gələn məsələlər müzakirə olunub. Görüşdə iştirak edən qrup üzvləri şəhid ailələrinin kredit borcunun silinməsi mexanizmi ilə bağlı təkliflər səsləndirib və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər