“Şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər bizə gəlməkdə davam edir”
Banker.az Azvision-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, daxil olan sənədlərin hamısı araşdırılır: “Bundan sonra ödənişlərin verilməsinə başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətlər bizim tərəfimizdən birbaşa həmin şəxslərin hesabına köçürüləcək, vətəndaşın şəxsi təması olmayacaq”.
Qeyd edək ki, oktyabrın 9-dan etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı prosedur başlayıb.








