27 C
Baku
Tuesday, July 29, 2025

Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər