12 C
Baku
Tuesday, May 7, 2024

Şəhid ailəsinə ayrılan birdəfəlik maddi yardım vergiyə cəlb edilirmi?

Müəssisədə çalışan işçi Vətən müharibəsi zamanı şəhid olubsa onun ailəsinə ayrılan birdəfəlik maddi yardım vergiyə cəlb edilirmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şəhid ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər