27 C
Baku
Tuesday, August 19, 2025

Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur

Azərbaycanda Şəhidlər xiyabanında çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var.

Bu fikirləri0 Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ ilə əlaqədar yeni qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırırır:

“Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət tətbiq olunmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir”.

Qeyd edək ki, avqustun 13-də iki əcnəbi Şəhidlər xiyabanında yol verdikləri qeyri-etik davranışları əks etdirən video çəkərək sosial şəbəkədə paylaşıb. Fakt üzrə Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanılıb, hər üç şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə təhqiqat davam edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər