13 C
Baku
Friday, November 22, 2024

Səhiyyə işçiləri üçün kreditlərin reytinqi (12.09.2013)

Banklarımız, bizim sağlamlığımızı düşünən həkimləri də öz diqqətlərindən ayırmırlar. Belə ki, ölkəmizin bir neçə bankı məhz səhiyyə işçiləri üçün kreditlər təklif edirlər. Kreditin şərtləri isə banklardan asılı olaraq fərqlənir.

Bu kredit növü sırf tibb sahəsində çalışan şəxslərə ayrılır. Bura səhiyyə nazirliyinin nəznində olan dövlət poliklinikalarında, xəstəxanalarda, həkim, laborant və s. sahədə çalışan işçilər daxildir. Lakin bəzi banklar özəl klinikalarda çalışan həkimlərə də kredit ayırır.

Kreditin məbləği banklardan asılı olaraq 3 000 – 5 000 AZN arasında dəyişir. Bankların təqdim etdikləri illik faiz, müddət və komisyon haqları da hər bankda müxtəlifdir. Bu krediti siz şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və məbləğdən asılı olaraq zamin və ya zaminsiz əldə edə bilərsiniz.

Qeyd edək ki, reytinq Banklarla birbaşa Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır.

N

Bankın adı

Məhsulun adı

Max Məbləğ

Max Müddət

Faiz

Komisyon

Təminat

Əlavə

1

Azər-Türk Bank

Səhiyyə işçilərinə kredit

3 000 AZN

24 ay

25%

1%

İstənilən halda- 1 zamin

Məbləğdən asılı olaraq 2 zamin də tələb oluna bilər

2

Expressbank

Tibb işçiləri üçün kredit

5 000 AZN

24 ay

26%

3%

1 500AZN- zaminsiz
1 500 AZN-dən yuxarı – 1 zamin

İş yerindən arayış və yaxud maaş kartınız ilə krediti əldə edə bilərsiniz

3

Turan Bank

Səhiyyə krediti

5 500 AZN

30 ay

29%

4%

1 500AZN- zaminsiz
1 500 AZN-2 500 AZN- 1 zamin
2 500 AZN- 5 500 AZN – 2 zamin

Əgər özəl sektorda çalışırsınızsa yalnız yüksək reytinqli müəssisələr qəbul edilir.

4

Amrahbank

Səhiyyə sahəsində çalışanlar üçün kredit

5 000 AZN

24 ay

30%

6%

2 000 AZN- dən yuxarı -1 zamin

Komissiya haqqına  sığorta da daxildir

5

Bank BTB

Tibb işçiləri üçün kredit

5 000 AZN

36 ay

32%

6%

3 000 AZN-dən yuxarı – 1 zamin

İş yerindən arayış tələb olunmur

6

Bank of Baku

Tibb işçiləri üçün kredit

5 000 AZN

24 ay

32%

7%

2 000 AZN -zaminsiz
2 000 AZN dən yuxarı- 1 zamin

Bankla partnyorluğu olmayan müəssisələrin əməkdaşlığı üçün – illik 36%

7

DəmirBank

Səhiyyə işçilərinə kredit

5 000 AZN

24 ay

34%

2%

2 000 AZN -zaminsiz
2 000 AZN dən yuxarı- 1 zamin

Məbləğ 2000 AZN-dən yuxarı olduqda zaminin gəlirini təsdiq edən sənədlər tələb olunur

Redaksiya ilə əlaqə (012) 595 03 95

Son xəbərlər
Digər xəbərlər