-1 C
Baku
Sunday, December 15, 2024

Səhiyyə naziri: “Gürcüstan pandemiyanın sonuna yaxınlaşır”

“Biz həqiqətən də koronavirus pandemiyasının sonuna yaxınlaşırıq. Gürcüstanda xəstəxanaya yerləşdirmələr və gündəlik yoluxma halları əhəmiyyətli dərəcədə azalıb”.

Bunu ölkənin səhiyyə naziri Zurab Azaraşvili brifinqdə deyib.

O bildirib ki, martın 28-dən Gürcüstanda məhdudiyyətlərin yalnız bir hissəsi aradan qaldırılacaq.

Nazirin sözlərinə görə, xəstəxanalarda müalicə olunan koronavirus pasiyentlərinin sayı 800-dən azdır: “Ölüm hallarında da xeyli azalma var. Son günlərdə ölüm faktları 8-10 arasında dəyişib ki, bu da son bir il ərzində ən aşağı göstəricidir”.

Son xəbərlər
Digər xəbərlər