“Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın”.
Bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də Hədəf verilişində çıxışı zamanı deyib.
Nazir bildirib ki, xüsusi həkim briqadaları da yaradılıb: “Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın”
©Report