11 C
Baku
Monday, November 18, 2024

Səhiyyə nazirinə yeni müşavir təyin edildi

Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə naziri Teymur Musayevin yeni müşavir təyin edilib.

Səhiyyə Nazirliyindən Banker.az-a verilən xəbərə görə, Rüfət Hacıəlibəyov səhiyyə nazirin müvafiq əmrinə əsasən, səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin olunub.

Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Son xəbərlər
Digər xəbərlər