Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.
Qeyd olunub ki, indiyədək virusla əlaqədar olaraq ümumilikdə 2 test istifadə edilib:
“Şübhəli hallar olmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən çox istifadə edilməyib”.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.