6 C
Baku
Saturday, December 14, 2024

Səhiyyə Nazirliyi: “Yetkin əhalinin 60 %-dən çoxu iki doza peyvənd alıb”

“Azərbaycan infeksiya ilə mübarizədə bu gün ən effektiv vasitə sayılan vaksinasiya prosesinə erkən başladı və hazırda yetkin əhalinin 60 %-dən çoxunun iki doza peyvənd alaraq qorunmasının nəticələri göz qabağındadır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlarımız pandemiyadan öncəki həyat tərzinə qayıdıb: “Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan isanlar və eyni zamanda, ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir. Bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçir”.

T.Eyvazov bildirib ki, vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib: “İstəyimiz yalnız fürsəti əldən verməmək, bu imkandan yararlanaraq ümumi işimizə töhfə verməkdən ibarətdir”.

Son xəbərlər
Digər xəbərlər