10 C
Baku
Friday, December 13, 2024

Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilib

Səhiyyə Nazirliyində kadr dəyişikliyi olub.

Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayevin imzaladığı müvafiq əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Nadir Zeynalov vəzifədən azad edilib.

O bildirib ki, öz ərizəsi ilə nazirliyin Aparat rəhbəri vəzifəsindən çıxıb: “Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər. Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb.

Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.

N.Zeynalovun vəzifəsindən azad olunması barədə ilk xəbəri unikal.org saytı yayıb.

Son xəbərlər
Digər xəbərlər