10 C
Baku
Friday, December 13, 2024

Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilir – Prezidentdən fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ötən gün, “İcbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik və “Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” fərmanının ləğv edilməsinə dair fərman imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinadən bildirir.

Fərmanda deyilir,

1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissədən “Talassemiya Mərkəzi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu,” sözləri çıxarılsın;

1.2. 3.6-cı bəndə “bu” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanı ləğv edilsin.

3.Bu Fərmanın 2-ci hissəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzi dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər