“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi “Epidbiomed” MMC ilə 20 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 20 030 437 manatdır.