Səhiyyənin Təminat Mərkəzi publik hüquqi şəxsi “Azeri Med” QSC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 5.847.956,14 AZN-dir.