7 C
Baku
Thursday, December 12, 2024

Səhm və istiqrazların dünya qiymətləri aprel-sentyabr aylarında rekord həddə ucuzlaşıb

Aprel-sentyabr aylarında dünya bazarlarında səhm və istiqrazların ümumi qiyməti 44 trilyon dollar ucuzlaşıb. Bu, qiymətli kağızlar ticarəti tarixində ən böyük eniş olub.

Həmin dövr ərzində dünya maliyyə bazarlarında istiqrazların ümumi dəyəri 20 trilyon dollar azalaraq 125 trilyon dollara, səhmlərin dəyəri isə 24 trilyon dollar azalaraq 86 trilyon dollara enib. Ekspertlərinin fikrincə, bu, 2001-ci ildən bəri ən böyük azalmadır və 2008-ci ildə qlobal böhran zamanı qeydə alınan itkilərin miqyasını üstələyir.

Mütəxəssislərin sözlərinə görə, qiymətlərin ucuzlaşmasının əsas səbəbi aparıcı sənaye ölkələrinin əksəriyyətində inflyasiya ilə mübarizə məqsədilə kredit faizlərinin kəskin artırılmasıdır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər