16 C
Baku
Friday, September 27, 2024

Səhmdar cəmiyyət DSMF-ə “artıq ödəniş” olduğunu, onun geri qaytarılmasını iddia edir

“Xətai Tikinti Mexanizasiya” ASC Dövlət Sosial Müdafiə Fondunu (DSMF) Bakı şəhər İdarəsini məhkəməyə verib. ASC bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Banker.az bildirir ki, səhmdar cəmiyyət iddia edir ki, artıq ödənilmiş məbləğin geri qaytarılmalıdır.

Yarım milyona yaxın kapitala sahib olan “Xətai Tikinti Mexanizasiya”nın iddianın tam olaraq hansı məbləğdə olması barədə məlumat açıqlanmlr.

Dəqiq məlumat olaraq “Xətai Tikinti Mexanizasiya”nın dövlət fonduna qarşı iddiası təmin edilməyib, daha doğrusu “rədd edilib”.

Lakin, bu qərarla səhmdar cəmiyyət razı qalmayıb. Məsələyə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

“Xətai Tikinti Mexanizasiya” 2003-cü ildə təsis edilib, 427,5 min manatlıq nizamnamə kapitalına malikdir. BFB-nin 2015-ci ildəki məlumatında qeyd edilirdi ki, bu qurumun səhmdarlarının sayı 100-dən çoxdur.

Son xəbərlər
Digər xəbərlər