18 C
Baku
Sunday, September 8, 2024

Səhmdar cəmiyyət zərərdən mənfəətə keçib

“AZƏRXÜSUSİSƏNAYEİNVEST” QSC 2023-cü ildə 40.2 min manat xalis mənfəət əldə edib. Halbuki, şirkət 2022-ci ildə 149 min manat zərər etmişdi.

Banker.az xəbər verir ki, şirkətin 2023-cü ildə gəlirləri 740.7 min manat təşkil edib, bu da 2022-ci ilin göstəricisi olan 413 min manat ilə müqayisədə 327.6 min manat və ya 79.3% artım deməkdir.

Əməkhaqqı və işçilərlə bağlı digər xərclər 2022-ci ildə 298.7 min manatdan 2023-cü ildə 460.3 min manata yüksəlib ki, bu da 161.6 min manat və ya 54.1% artımdır.

Köhnəlmə və amortizasiya xərcləri 2022-ci ildə 88.4 min manatdan 2023-cü ildə 105.4 min manata yüksəlib, bu da 19.2% artım deməkdir.

Yanacaq xərcləri 2023-cü ildə 44,120 min manata düşüb, bu da illik 9.3 min manat və ya 17.4% azalmadır.

Ezamiyyə xərcləri 2023-cü ildə 12.7 min manata düşüb, bu da illik 82.6% azalma deməkdir.

“AZƏRXÜSUSİSƏNAYEİNVEST” QSC-nin 2023-cü ilin sonuna olan bölüşdürülməmiş mənfəəti  1 mln. 334.3 min manat olub.

Şirkətin cəmi aktivləri illik müqayisədə 92.2 min manat (+6.23%) artımla 1 mln. 573.2 min manata, öhdəlikləri isə 52 min manat (+56.50%) artımla 144 min manata qalxıb.

Xatırladaq ki, “AZƏRXÜSUSİSƏNAYEİNVEST” QSC 1999-cu ildə təsis edilib. Hazırda 94.8 min manat nizamnamə kapitalı var.

23132323323

Son xəbərlər
Digər xəbərlər